image-f4f0b77c-d45a-3a1c-9627-061427469700_850backend

“Barselona”nın futbolçusu İspaniya millisinin tarixinə düşüb

image-reklam_sirab_01

“Barselona” klubunda çıxış edən Qavi İspaniya millisinin tarixinə düşüb.

“Report”un məlumatına görə, yarımmüdafiəçi buna Çexiya ilə 2:2 hesablı heç-heçə etdikləri UEFA Millətlər Liqasının qrup mərhələsinin II tur oyununda nail olub.

45+3-cü dəqiqədə komandasının ilk qoluna imza atan Qavi yığmada ən gənc yaşda bunu bacaran oyunçu adına yiyələnib. Yarımmüdafiəçi 17 yaş 304-cü günündə buna müvəffəq olub.

O, 2020-ci ilin sentyabrında Millətlər Liqası matçında Ukraynaya 17 yaş 311-ci günündə qol vuran Ansu Fatinin rekordunu təzələyib.

Qeyd edək ki, Qavi 2021-ci ildə İspaniya millisində debüt edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki