İspaniya Kral Futbol Federasiyasının (RFF) prezidenti Luis Rubiales və “Barselona” klubunun futbolçusu Jerar Pike korrupsiyada ittiham olunur.
Veteninfo.az “El Confidential” nəşrinə istinadən xəbər verir ki, Pike və Rubiales İspaniya Super Kubokunun Səudiyyə Ərəbistanında təşkilində əlbir olublar.
Onlar bu məqsədlə ərəb ölkəsindən 24 milyon avro alıblar. Federasiya rəhbəri bu müqaviləyə görə 35 yaşlı müdafiəçiyə 6 milyon avro verib. Kataloniya təmsilçisi oyunçunun anlaşmada iştirakını gizlətməyə çalışıb. Beləliklə, Pike Superkubokun Səudiyyə Ərəbistanında keçirilməsi üçün Rubialesə köməklik edib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanda keçirilmiş turnirin builki qalibi “Real Madrid” komandası olub. RFF yarışın bu ölkədə təşkili üçün hər il təxminən 40 milyon avro alır.
Bizim Instagram səhifəmizə abunə olun