image-reklam-veteninfo
image-624413c7ce0a7624413c7ce0a81648628679624413c7ce0a5624413c7ce0a6backend

Baş Qərargah: Rusiya Abxaziya və Cənubi Osetiyadakı bölmələrini Ukraynaya köçürüb

image-reklam-veteninfo

Rusiya Silahlı Qüvvələrinin Cənub Hərbi Dairəsinin Gürcüstanın işğal altındakı Cənubi Osetiya bölgəsindəki 4-cü və Abxaziya bölgəsindəki 7-ci hərbi bazalarının bölmələri Ukraynaya köçürülüb.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat paylaşıb.

Məlumatda qeyd olunub ki, 4-cü hərbi bazadan 1200-dək rus və osetiyalı döyüşçüdən ibarət üç batalyon taktiki qrup formalaşdırılaraq Ukraynaya göndərilib.

7-ci bazadan isə 800-dək hərbçidən ibarət iki batalyon taktiki qrup formalaşdırılıb.

Hazırda Rusiyanın Ukraynanın Kiyev və Şernoqov regionlarından geri çəkilməyə davam etdiyi bildirilir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki