image-reklam-veteninfo
image-1backend

BƏƏ ABŞ-la dollar danışıqları aparır – İqtisadi böhran ehtimalı artır

image-reklam-veteninfo

Birləşmiş Ərəb Əmirlikləri İran ətrafındakı gərginliyin ölkəni daha dərin böhrana sürükləməsi variantına hazırlaşır.

Ölkə hökuməti maliyyə dəstəyi almaq üçün ABŞ ilə müzakirələrə başlayıb: “BƏƏ Mərkəzi Bankının sədri Xalid Məhəmməd Balama ötən həftə Vaşinqtonda ABŞ maliyyə naziri Skott Bessent, eləcə də Maliyyə və Federal Ehtiyat rəsmiləri ilə görüşlərdə valyuta mübadiləsi xətti məsələsini qaldırıb”.

Qəzetin mənbələrinə görə, BƏƏ İran ətrafındakı münaqişənin ən pis iqtisadi nəticələrindən indiyə qədər qaçdığını vurğulayıb, lakin maliyyə dəstəyinə “hələ də ehtiyac ola bilər”.

Nəşr qeyd edir ki, bu cür müzakirələr Əmirliklərin münaqişənin valyuta ehtiyatlarını tükəndirməklə və kapital axınına səbəb olmaqla iqtisadiyyatına və beynəlxalq maliyyə mərkəzi kimi mövqeyinə zərər verə biləcəyi ilə bağlı artan narahatlığını vurğulayır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki