image-reklam-veteninfo
image-1backend

Bəşər Əsədin ən yaxın adamı da öldürüldü

image-reklam-veteninfo

Suriya təhlükəsizlik qüvvələri devrilmiş prezident Bəşər Əsədin hakimiyyəti dövründə ordu komandiri vəzifəsində çalışmış Firas Əbdül Kərim Hamudun öldürüldüyünü açıqlayıb.

Vətəninfo.az xəbər verir ki, AFP-nin məlumatına görə, təhlükəsizlik qüvvələri Hamudun saxlanılması əməliyyatı zamanı onlara atəş açdığını bildirib. Nəticədə keçmiş komandir öldürülüb.

Suriya təhlükəsizlik qurumu Hamudu yeni hakimiyyətə qarşı silahlı etirazlarda iştirak etməkdə ittiham edib. Bildirilib ki, sözügedən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin əməkdaşları da həyatını itirib.

Qeyd edək ki, 2024-cü ilin dekabrında Bəşər Əsədin devrilməsindən sonra Suriyada hakimiyyətə gələn yeni islamçı qüvvələr keçmiş rejimin təhlükəsizlik strukturlarında çalışmış onlarla şəxsi həbs edib.

Aprel ayında isə onların bir qismi barəsində məhkəmə prosesinə başlanılıb. Keçmiş rejim nümayəndələrinin təqib edilməsi Suriyada yeni hakimiyyətin qarşısında duran əsas təhlükəsizlik və siyasi məsələlərdən biri olaraq qalır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki