image-reklam-veteninfo
image-1backend

 Çempionlar Liqasının qalibi kim olacaq? -Superkompüter açıqladı

image-reklam-veteninfo

Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunlarından sonra Opta statistik platformasının superkompüteri əsas Avropa kuboku turnirinin qalibini proqnozlaşdırıb.

Vətəninfo.az xəbər verir ki, çempionluq uğrunda İngiltərə vitse-çempionu və hazırkı Premyer Liqa lideri “Arsenal” və Fransa çempionu və Çempionlar Liqasının son qalibi PSJ mübarizə aparacaq.

“Arsenal”ın qalib gəlmək şansı 55,76 faiz, PSJ-nin isə 44,24 faiz olaraq qiymətləndirilir.

Yarımfinalda “Arsenal” “Atletiko Madrid”i (1:1, 1:0), PSJ isə yeni Almaniya çempionu “Bavariya”nı (5:4, 1:1) mübarizədən kənarlaşdırıb.

Final mayın 30-da Budapeştdə keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki