image-reklam-veteninfo
image-2backend

Paşinyan: “Moskvaya getməyəcəyəm”

image-reklam-veteninfo

Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 7-də jurnalistlərə verdiyi açıqlamada 9 mayda Rusiyada keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəyimi bildirib.

Vətəninfo.az xəbər verir ki, onun sözlərinə görə, belə bir qərar seçki kampaniyasında iştirak etdiyinə görə verilib.

“Aprel ayında Rusiyaya səfərim zamanı Rusiya prezidentinə kampaniya səbəbindən 9 may tədbirlərində iştirak edə bilməyəcəyim barədə xəbərdarlıq etdim”, – deyə o qeyd edib.

Xatırladaq ki, 9 mayda Rusiyada ənənəvi olaraq Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsinə həsr olunmuş təntənəli tədbirlər keçiriləcək.

Onu da qeyd etmək lazımdır ki, 7 iyunda keçirilməsi planlaşdırılan Ermənistan Milli Məclisinə növbəti seçkilər üçün seçkiqabağı kampaniya 8 maydan 5 iyuna qədər keçiriləcək.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki