image-reklam-veteninfo
image-1backend

Ürəyindən əməliyyat olunan Akif İslamzadənin son vəziyyəti AÇIQLANDI

image-reklam-veteninfo

“Akif İslamzadə dünən gecə 01:00 radələrində ürəyin ön divarının kəskin böyük infarktı ilə Mərkəzi Gömrük Hospitalına müraciət edib”.

Bu barədə Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsinin rəisi, invaziv kardioloq İlqar Tahiroğlu məlumat verib.

O bildirib ki, həmin vaxt Akif İslamzadənin səhhətində yaranmış problemlərlə əlaqədar olaraq, dərhal təcili təxirə salınmaz tədbirlər görülüb:

“Ürəyin ən böyük damarı tamamilə tıxanmışdı, 100 faiz tıxanıqlıq və tromb var idi. Dərhal müdaxilə edildi və stent implantasiyası olundu. Bir gün reanimasiyada qaldıqdan sonra stasionar şöbəyə yerləşdirildi. Hazırda vəziyyəti stabildir”. (apa)




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki