Böyük Britaniya səfirlik əməkdaşlarının bir qismini paytaxt Kiyevdən təxliyə edir.
veteninfo.az xəbər verir ki, təxliyə edilən əməkdaşlar fəaliyyətini Ukraynanın Lvov şəhərində davam etdirəcək.
Bildirilib ki, təxliyəyə baxmayaraq, Böyük Britaniya Kiyevdəki mövcudluğunu saxlayacaq.
Qeyd edək ki, ötən gün ABŞ Ukraynadakı səfirliyini müvəqqəti olaraq paytaxt Kiyevdən Lvova köçürmək qərarına gəlib.


























