image-0b492c5a-9fbc-3b80-b1be-d763f4bf0652_850backend

“Brent” markalı neftin qiyməti 110 dolları ötüb

image-reklam_sirab_01

Dünya bazarlarında neft bahalaşıb. İnvestorlar Amerika Neft İnstitutunun (API) ABŞ-da enerji daşıyıcılarının ehtiyatları haqqında məlumatlarını qiymətləndirir və ABŞ-ın Energetika Nazirliyinin bu gün açıqlanacaq rəsmi statistikasına gözləyirlər.

Veteninfo.az “İnterfaks”a istinadən xəbər verir ki, Londonun “ICE Futures” birjasında “Brent” markalı neftin may fyuçersləri 0,73% və ya 0,8 ABŞ dolları bahalaşaraq, 111,03 ABŞ dollarına satılıb.

Nyu-Yorkun Əmtəə Birjasında (NYMEX) WTI neftinin may fyuçerslərinin qiyməti isə 0,69% və ya 0,72 ABŞ dolları artaraq, 1 bareli 104,96 ABŞ dolları təşkil edib.

API-nin məlumatına görə, ötən həftə ərzində ABŞ-da neftin ehtiyatları 3 milyon barel azalıb, bu isə analitiklərin gözləntilərindən 3 dəfə artıqdır. Analitiklər hesab edirlər ki, ABŞ-ın Energetika Nazirliyi ehtiyatların 1,7 milyon barel azalacağını açıqlayacaq.

OPEC+ ölkələri may ayında neftin hasilatı ilə bağlı planların müzakirəsi üçün bir araya gələcək. Gözlənilir ki, alyans hasilatın əvvəlcədən razılaşdırılmış qrafikə uyğun olaraq artırılması haqqında qərar qəbul edəcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki