Londonun ICE birjasında “Brent” markalı neftin oktyabr fyuçersləri çərşənbə günü 2,53 faiz ucuzlaşaraq bir barel üçün 98 ABŞ dolları təşkil edib.
“Veteninfo” TASS-a istinadən xəbər verir ki, bunu ticarət platformasının məlumatlarında görmək olar.
Avqustun 3-də Bakı vaxtı ilə saat 19:35-ə olan məlumata görə, “Brent” markalı neftin qiyməti bir barel üçün 98,43 dollar olub ki, bu da öncəki sessiyanın bağlanış səviyyəsindən 2,1 faiz aşağıdır. Eyni zamanda, WTI markalı neftin fyuçerslərinin qiyməti 2 faiz ucuzlaşaraq bir barel üçün 92,42 ABŞ dolları olub.
Qeyd edək ki, “Brent” markalı neftin qiyməti sonuncu dəfə iyulun 14-də 98 dollar/barel səviyyəsinə düşmüşdü.