Tatarıstan Respublikasının paytaxtı Kazanda Rusiyanın ev sahibliyi ilə keçirilən 16-cı BRİKS Sammiti işə başlayıb.
Vətəninfo.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Burada 36 ölkə təmsil olunacaq, onlardan 22-si liderlər səviyyəsində olacaq.
Sammitdə BRİKS-in rəqəmsal ödəniş platforması və milli valyutalarla ticarət, regional böhranlar, qlobal problemlər və BRICS toplantılarında səsvermə hüququ olmadan iştirak etmək imkanı təqdim edən yeni “tərəfdaş ölkə” statusunun rəsmiləşdirilməsi ilə bağlı araşdırmalar aparılacaq.
Rusiya lideri Vladimir Putin sammitin sonunda mətbuat konfransı keçirəcək və 3 gün ərzində görülən işlərin nəticələrini ictimaiyyətə izah edəcək. Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iştirakı ilə üzvlərinin sayı 9-a yüksələn BRİKS-in genişləndirilmiş formada ilk dəfə keçirilən builki liderlər sammiti oktyabrın 24-də başa çatacaq. .