Bu gün Göygöl rayonunun qaz təchizatında fasilə yaranacaq.
Bu barədə Vətəninfo.az-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən bildirilib.
Məlumata görə, Göygöl rayonu ərazisində yeni tikilmiş “Göygöl Şərab-1” qaz ölçü qovşağında ölçü-hesablayıcı avadanlıqların, ROC cihazının, sərfiyyata uyğun daraldıcı qurğunun quraşdırılması, impuls xətlərinin çəkilməsi, metroloji ölçmələrin aparılması, mərkəzi radiomodem şəbəkəsinə qoşulması işlərinin görülməsi zəruriyyəti ilə bağlı martin 18-də saat 10:00-dan “Əliuşağı” QPS-dən qidalanan “Göygöl əhali” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.
Təmir-quraşdırma işləri aparılan müddətdə Göygöl şəhəri və rayonun 23 yaşayış məntəqəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.