Bu ilin yanvar-oktyabr aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi 68,5 min işsiz və işaxtaran şəxsi işlə təmin edib.
Agentlikdən “Report”a verilən məlumata görə, özünüməşğulluq proqramının bu il 16 min şəxsi əhatə etməsi nəzərdə tutulub ki, cari ilin 10 ayında onlardan artıq 12625-i proqrama cəlb edilib.
Digər məşğulluq xidmətlərində olduğu kimi, özünüməşğulluq proqramının icrasının da rəqəmsal platforması yaradılıb. Proqrama müraciət edənlərin elektron reyestri, qiymətləndirmə əsasında növbəlilik prinsipi tətbiq edilib. Həmçinin proqrama aid e-platforma yaradılaraq, aktiv alanların sənədləri və aktivlərin verilməsi prosesinə aid foto, video çəkilişlər ictimaiyyətə açıqlanır.