image-43backend

Bu il 74,2 min nəfər işlə təmin edilib

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən cari ilin 11 ayında 74 203 nəfər işsiz və işaxtaran şəxs işlə təmin edilib.

Nazirlikdən “Report”a verilən məlumata görə, özünüməşğulluq proqramının icrası işləri də davam etdirilir. Yanvar-noyabr aylarında 14 200 nəfər proqrama cəlb edilib. Onların seçdikləri biznes istiqamətləri üzrə aktivlərlə təminatı işləri aparılır.

Qeyd olunan dövrdə Agentlik tərəfindən 413 işsiz şəxs müxtəlif istiqamətlər üzrə peşə hazırlığı kurslarına, 1410 nəfər isə peşəyönümü məsləhəti xidmətlərinə cəlb olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki