image-1backend

Bu il Azərbaycana readmissiya olunanların sayı açıqlanıb

image-reklam_sirab_01

Cari ilin 8 ayı ərzində 270 şəxs Azərbaycana readmissiya olunub.

Bu barədə Vətəninfo.az-ın sorğusuna cavab olaraq Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, readmissiya dedikdə, saziş üzrə razılığa gələn dövlətlərdən birinin ərazisinə qeyri-qanuni daxil olduğu, qaldığı və ya yaşadığı aşkarlanan şəxslərin həmin dövlət tərəfindən ötürülməsi və mənşə dövlət tərəfindən qəbulu nəzərdə tutulur.

Məlumatda, həmçinin bildirilib ki, əcnəbilərin Azərbaycan hüdudlarından kənara inzibati qaydada çıxarılması ilə bağlı qərarların sayı isə 1 583 olub.

Qeyd edilib ki, cari ilin 8 ayı ərzində əcnəbilər və vətəndaşlığı olmayan şəxslərlə bağlı 7 450 iş icazəsi rəsmiləşdirilib. Buraya müddəti uzadılmış iş icazələri də daxildir.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image