ABŞ Senatında Demokratlar Partiyasının lideri Çak Şumer partiyasının aralıq seçkilərində əldə etdiyi uğurdan sonra İranla münaqişəyə son qoyulmasının vacibliyini bəyan edib.
Vətəninfo.az xəbər verir ki, Şumer hərbi əməliyyatların dayandırılmalı olduğunu vurğulayıb.
“Bu müharibə bitməlidir”, – deyə o bildirib.
Demokratların lideri qeyd edib ki, bəzi respublikaçılar da artıq hərbi əməliyyatlara son qoyulması təşəbbüsünü dəstəkləyərək demokratlara qoşulublar.
Xatırladaq ki, noyabrın 3-də ABŞ-da keçirilən aralıq seçkilərdə Senatın 100 üzvündən 35-i, eləcə də Nümayəndələr Palatasının bütün 435 üzvü uğrunda səsvermə keçirilib. Amerika mediasının yaydığı ilkin məlumatlara əsasən, Konqresin hər iki palatasında demokratların çoxluğu əldə edəcəyi gözlənilir.
Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Tehran isə hücumlara cavab olaraq qarşı tərəfə zərbələr endirib. Tərəflər arasında hərbi qarşıdurma davam edir və münaqişənin siyasi həlli hələ əldə olunmayıb.


























