image-h16backend

Cəbrayıl rayonuna böyük qayıdış!

image-reklam_sirab_01

 

Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati mərkəzi olan Cəbrayıl şəhəri 8 avqust 1930-cu ildə təşkil edilib. 23 avqust 1993-cü il tarixində rayon Ermənistan ordusu tərəfindən işğal edilib.

İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşıblar.

Nəhayət, Azərbaycan Silahlı Qüvvələri düşmənin əks-hücum həmlələrini dəf edərək, Cəbrayılı işğaldan azad etdi.

Cəbrayıl rayonunun ərazisi maddi və mədəni abidələrlə zəngindir. Bunlardan Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbələr və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri nəsildən-nəsilə ötürülmüş canlı tarixdir. Rayonun ərazisində çoxlu yazılı abidələr var ki, bunlardan da Ağoğlandakı Orxan yazılı abidəsi xüsusilə qiymətlidir.

Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən İşğaldan azad olunmuş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində birinci mərhələdə 50 ev, 96 şagird yerlik məktəb, məscid, 35/10kv-luq elektrik yarımstansiyası, hidrometereoloji stansiya, “Azəravtoyol” ASC-nin xüsusi təyinatlı yol istismar müəssisəsi və digər infrastrukturlar tikilərək istifadəyə verilmiş, kəndə 9 km asfalt örtüklü yol çəkilmişdir. 14 iyun 2017-ci ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Cəbrayıl rayonunun İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpadan sonra açılışında iştirak etmişdir.
Cənab Prezidentin “ Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində bərpa işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında” 15 iyun 2017-ci il tarixli Sərəncamına əsasən Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində 100 fərdi yaşayış evi, uşaq bağçası, həkim məntəqəsi, klub-icma mərkəzi, poçt, inzibati ərazi dairə üzrə nümayəndəliyin binası və digər zəruri sosial infrastruktur obyektlərinin tikintisi tam başa çatdırılmışdır.

30.05.2018-ci il tarixdən sakinlərin kəndə köçürülməsinə başlanılmışdır.
Azərbaycan Respublikası Prezidentinin “Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində əkin sahələrinin suvarma suyu ilə təmin edilməsi tədbirləri haqqında” 13 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən su çəkilşi layihəsi üzrə əsas işlər tam başa çatdırılmışdır.

Əhmədova Fidan

Azərbaycan Dövlət Pedoqoji Universiteti


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki