Məlum olduğu kimi, 18-20 sentyabr tarixində Rusiya Dövlət Duması ilə yanaşı, bir sıra regionların rəhbər postlarına da seçkilər keçirilib. Bunların arasında Çeçenistan da var.
Vətəninfo.az xəbər verir ki, Rusiya Mərkəzi Seçki Komissiyası Çeçenistan üzrə seçkilərin nəticələrini açıqlayıb. Məlum olub ki, Çeçenistanın yeni başçısı da Ramzan Kadırov olacaq. Kadırov bütün bülletenlər sayılandan sonra seçkidə şəksiz qalib gəlib. Bülletenlərin 100%-i işlənib hazırlanandan sonra Ramzan Kadırov səslərin 99,85%-ni toplayıb. Digər iki namizədinsə hərəsinə cəmi 0,05% səs hesablanıb.
Bu seçkilərdə üç namizəd iştirak edib: Ramzan Kadırov (“Vahid Rusiya”), Çeçenistan Respublikası Vətəndaş Palatasının sədri İsmayıl Denilxanov (“Ədalətli Rusiya”) və Çeçenistan Respublikası parlamentinin üzvü Xalid Nakayev (Rusiya Federasiyası Kommunist Partiyası).
Bu fantastik nəticə ilə Çeçenistanın hazırkı lideri daha 5 il respublikaya başçılıq edəcək. Qeyd edək ki, bundan öncə dəfələrlə tutduğu vəzifədən ayrılmağa hazır olduğunu bəyan edən Kadırovun səhhətində ciddi problemlər olduğu və oğlu Adam Kadırovu öz yerinə hazırladığı barədə məlumatlar yayılıb. Lakin Konstitusiyaya görə, bu vəzifəni tutmaq üçün namizədin 30 yaşı tamam olmalıdır. Adam Kadırovunsa 18 yaşı var.
Xatırladaq ki, Ramzan Kadırov 19 ildir Çeçenistana başçılıq edir.“AzPolitika.info”


























