image-fb_img_1652471928553backend

Cəlilabadda yeni güləş zalı istifadəyə verilib – FOTOLAR

image-reklam_sirab_01

Cəlilabadın Maşlıq kəndində yeni güləş zalı istifadəyə verilib.

Veteninfo.az xəbər verir ki, 13 may 2022-ci il tarixdə Cəlilabad rayonunun Maşlıq kəndində “Pəhləvanlar” İdman zalının açılışı olub.

Açılış mərasiminə Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi Elçin Hüseynov, Masallı Regional Mədəniyyət idarəsinin Cəlilabad üzrə nümayəndəsi Elnur Atakişiyev, UGİM-nin direktoru, əməkdar məşqçi Natiq Rzayev, sərbəst güləş üzrə baş məşqçi, əməkdar məşqçi İlham Məmmədov, yunan-roman idman növü üzrə baş məşqçi İlqar Verdiyev, əməkdar məşqçilər Mehralı Qurbanov, Ceyhun Ağamalıyev, şəhid ailə üzvləri qatılıblar.

Cəlilabad rayon Gənclər və İdman idarəsinin rəisi E. Hüseynov, mədəniyyət üzrə nümayəndə E. Atakişiyev çıxışlarında dövlətin idmana göstərdiyi yüksək qayğıdan danışıblar.
Qeyd ediblər ki, idmançılar hər zaman ulu öndər Heydər Əliyev, onun layiqli davamçısı, ölkə başçısı İlham Əliyevin diqqət və qayğısını hiss edirlər.

Məşqçi-müəllimlər öz çıxışlarında yerlərdə tikilən, təmir olunan güləş zallarının gələcəkdə bu idman növünün daha da inkişaf edəcəyinə töhfə verəcəyini deyiblər.

Qeyd edək ki, “Pəhləvanlar” idman zalı məşqçi-müəllim Elmar İsmayılovun təşəbbüsü ilə Maşlıq kəndində açılmış və hal-hazırda 70-ə yaxın yeniyetmə idmançı bu idman növünün sirlərinə yiyələnirlər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki