UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı oyunçusu açıqlanıb.
Veteninfo.az Avropa futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, bu ada İspaniya “Real Madrid”inin yarımmüdafiəçisi Luka Modriç layiq görülüb.
37 yaşlı xorvatiyalı oyunçu səsvermədə İspaniyanın digər təmsilçisi “Vilyarreal”dan Raul Albiolu, İngiltərə “Liverpul”undan Kostas Tsimikası və “Mançester Siti”dən Con Stounzu geridə qoyub.
Qeyd edək ki, “Vilyarreal” Almaniyadakı cavab matçında “Bavariya” ilə 1:1 hesablı heç-heçə edərək, yarımfinala yüksəlib. Unay Emerinin baş məşqçi olduğu komanda evdəki ilk qarşılaşmada rəqibinə 1:0 hesabı ilə qalib gəlmişdi.