Bu gün UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin püşkü atılacaq.
Veteninfo-nun məlumatına görə, saat 14:00-da başlayacaq tədbirdə Azərbaycan çempionu “Qarabağ”ın da mümkün rəqibi müəyyənləşəcək.
“Köhlən atlar” I təsnifat mərhələsində Polşa “Lex”ini keçəcəyi təqdirdə, növbəti raundda “Slovan” (Bratislava, Slovakiya) – “Dinamo” (Batumi, Gürcüstan), “Şkupi” (Şimali Makedoniya) – “Linkoln” (Cəbəllütariq) cütlərindən birinin qalibi ilə və ya İsveçrə “Sürix”i ilə görüşəcək.
Bundan əlavə, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının da rəqibi bilinəcək.