image-62719515f120162719515f1202165161090162719515f11ff62719515f1200backend

Çempionlar Liqasında ilk finalçının adı məlum olub

image-reklam_sirab_01

Bu gün UEFA Çempionlar Liqasında ilk finalçı bəlli olub.

Veteninfo.az xəbər verir ki, yarımfinal mərhələsinin cavab oyununda İspaniyanın “Vilyarreal” klubu doğma divarlar önündə İngiltərənin “Liverpul” klubunu qəbul edib.

“Estadio de la Keramika” stadionundakı qarşılaşmada ilk qol oyunun erkən dəqiqələrində vurulub.

Matçın 3-cü dəqiqəsində Bulaye Dia “sarı sualtı qayıq”lıları hesabda önə çıxarıb.

Bundan sonra hücumlarını artıran İspaniya təmsilçisi Frensis Koklin ilə “mersisayd” təmsilçisini ikinci dəfə meydanın mərkəzinə dəvət edib.

Birinci hissə 2:0 “Vilyarreal”ın qələbəsi ilə başa çatıb.

İkinci hissədə üstün tərəf “Liverpul” olub.

Bunun məntiqi nəticəsi kimi 62-ci dəqiqədə misirli Salahın ötürməsini brazilyalı Fabinyo qola çevirib.

Bundan sonra daha istəkli oynamağa başlayan İngiltərə təmsilçisi Luis Diazla hesabı bərabərləşdirib – 2:2.

Birinci hissəni məğlub başa vuran Yurgen Kloppun komandası 74-cü dəqiqədə hesabda önə çıxıb.

Qırmızıların 10 nömrəli futbolçusu Mane hesabı 3:2 edib.

Qeyd edək ki, ilk oyun iki həftə öncə İngiltərədə 2:0 hesabı ilə Liverpulun xeyrinə başa çatmışdır.

Xatırladaq ki, digər yarımfinal matçı bu gün “Real Madrid” (İspaniya) və “Mançester Siti” (İngiltərə) komandaları arasında olacaq. İngiltərədəki ilk oyunda “şəhərlilər” 4:3 hesablı qələbə qazanıb.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki