image-9backend

Cevdet Yılmaz: ”Türkiyə iqtisadiyyatı ”əsrin fəlakəti”nə baxmayaraq inkişaf etməyə davam etdi”

image-reklam_sirab_01

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Türkiyənin fevralın 6-da yaşanan ”əsrin fəlakəti”nə baxmayaraq inkişaf etməyə davam etdiyini vurğulayıb.

Vətəninfo.az xəbər verir ki, Cevdet Yılmaz paytaxt Ankarada Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) Türkiyə İqtisadi Şurasında çıxış edib.

Türkiyənin güclü istehsal və ixrac imkanları ilə müsbət irəliləyiş əldə etdiyini bildirən Cevdet Yılmaz deyib:“Fevralın 6-da baş verən zəlzələ fəlakətinə baxmayaraq Türkiyə iqtisadiyyatı 2023-cü ilin birinci rübündə 4 faiz inkişaf edib”.

Cevdet Yılmaz Türkiyədə məşğulluq imkanlarının 2023-cü ilin iyun ayında 2021-ci ilin eyni dövrü ilə müqayisədə 265 min nəfər artaraq 31,7 milyona çatdığını qeyd edib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image