Son zamanlarda Avropada müsəlmanların müqəddəs kitabı olan “Quran”a yönəlik hücumlar artmaqdadır.
Vətəninfo.az xəbər verir ki, Danimarkada Türkiyə səfirliyinin qarşısında “Quran” kitabı yandırılıb.
İslam əleyhdarı irqçi “Danske Patrioter” adlı qrupun bir üzvü Türkiyənin Danimarkanın paytaxtı Kopenhagen şəhərindəki səfirliyi qarşısında “Quran” kitabını yandırıb.
Eyni qrup daha sonra İraqın Kopenhagen şəhərindəki səfirliyi qarşısında növbəti dəfə “Quran” kitabını yandırıb.
İslam əleyhinə pankart açan və sloqanlar səsləndirən qrup üzvləri bu anları sosial media hesablarından canlı yayımlayıblar.
Qrupun təxribatı polis nəzarətində gerçəkləşib.