image-reklam-veteninfo
image-1backend

Türkiyədə qanlı qırğın: 8 nəfər güllələnərək öldürüldü – Şübhəli saxlanıldı

image-reklam-veteninfo

Türkiyənin Afyonkarahisar əyalətində baş verən silahlı hücum nəticəsində 8 nəfər həyatını itirib, bir nəfər isə ağır yaralanıb. Hadisəni törətməkdə şübhəli bilinən 28 yaşlı şəxs saxlanılıb.

Vətəninfo.az xəbər verir ki, hadisə noyabrın 5-də axşam saatlarında Afyonkarahisar yaxınlığındakı kənd ərazilərində baş verib.

Məlumata görə, silahlı şəxs qırmızı rəngli avtomobillə hərəkət edərək pompalı ov tüfəngindən insanlara və yoldan keçən nəqliyyat vasitələrinə atəş açıb.

Hadisədən sonra Yuxarıtandır kəndində güllə yaraları almış iki qadın aşkarlanıb. Onlar xəstəxanaya çatdırılsalar da, həyatlarını xilas etmək mümkün olmayıb. Kır kəndində daha üç, Ayazini ərazisində isə üç nəfərin meyiti tapılıb.

Hücum nəticəsində sağ qalan bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Türkiyə mediasının məlumatına əsasən, hadisəni törətməkdə şübhəli bilinən şəxsin 28 yaşlı Arif Sefa Erdem olduğu müəyyən edilib. O, Əskişəhərdə keçirilən əməliyyat nəticəsində saxlanılıb.

Yerli mətbuatda yayılan məlumatlarda şübhəlinin ruhi xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Hadisənin motivləri hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki