image-0dcd6ba7-4468-30b3-acdf-c19c7d83f0c6_850backend

DÇ-2022-yə 31-ci vəsiqənin sahibi müəyyənləşib

image-reklam_sirab_01

Qətərdə keçiriləcək 2022-ci il dünya çempionatına daha bir vəsiqənin sahibi müəyyənləşib.

sayca 31-ci iştirakçı komanda adını Avstraliya yığması qazanıb. Bu ölkə qitələrarası pley-off mərhələsinin final oyununda Perunu üstələyib. Görüşün əsas və əlavə vaxtında hesab açılmadığından, qalib penaltilər seriyasında müəyyənləşib.

11 metrlik zərbələri daha dəqiq yerinə yetirən Avstraliya millisi DÇ-2022-də Fransa, Danimarka və Tunislə birlikdə D qrupuna düşüb.

Mundiala son vəsiqənin taleyi bu gün Kosta Rika – Yeni Zelandiya görüşündən sonra müəyyənləşəcək.

Qeyd edək ki, DÇ-2022 21 noyabr – 18 dekabrda təşkil olunacaq.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki