image-cbackend

Doğma torpaqlarımızın qaytarılması xalqımızın şərəfli tarixidir.

image-reklam_sirab_01

 

 

Mənfur düşmən hər zaman işğal altında olan torpaqlarımızın onların öz doğma torpağı olduğunu deyirdi. Amma hər kəs çox yaxşı bilirdi ki, o torpaqlar hər zaman Azərbaycanın olub və bundan sonrada elə olacaq. Hər zaman insan ona doğma olan bir şeyi ondan alarlarsa onun uğruna mübarizə aparar və hətta o mübarizədə canını belə düşünmədən qurban verməyə razı olar. Azərbaycan xalqı həm Birinci Qarabağ müharibəsində, həm İkinci Qarabağ müharibəsində böyük itkilər verdi. Birinci Qarabağ müharibəsində qələbə qazanmadıq, amma məğlub da olmadıq. Doğma torpağı uğrunda şəhidi olan xalq məğlub xalq ola bilməz. İkinci Qarabağ müharibəsində isə həm böyük itki verdik, həm də böyük zəfər qazandıq. Biz bilirik ki, məktəbdə uşaqlara tarix fənni beşinci sinifdən tədris olunur. Mən də tarix kitabını oxuyanda həmişə  mənfur düşmənin xalqımıza etdiyi amansızlıqları, zalımlığı, verdikləri zülümləri, yaşatdıqları acıları oxuduqca qəlbimdə düşmənə qarşı böyük nifrət hissi yaranırdı. Doğma torpaqlarımızın işğal olunma tarixlərini əzbərləyərkən, böyük bir ümidlə bir gün doğma torpaqlarımın zəfər tarixini əzbərləmək üçün dua edirdim. Mən bilirəm ki, böyük bir ümidlə o duanı tək mən deyil, bütün Azərbaycan xalqı da edib. Və dualarımız qəbul olundu. Azərbaycan xalqı işğal altında olan torpaqlarını geri qaytararaq böyük zəfər qazandı. 23 avqust 1993-cü il.  Bu tarixdə doğma torpaqlarımızın bir parçası olan Cəbrayıl işğal olunmuşdu. Azərbaycan xalqı üçün çətin idi doğma torpağını itirmək. Amma ən çoxda Cəbrayıllılar üçün ağır idi. İllərlə yaşadığın doğma torpağını bir anda itirmək. Bu ağrılı, acılı günlər 27 il davam etdi. Xalqımız və Ordumuz Ali Baş Komandanımız Cənab İlham Əliyevin dediyi kimi “dəmir yumruq” kimi bir olub, artıq səbrimiz tükəndi işğal altında olan doğma torpaqlarımızın azad olunma vaxtı çatdı deyərək böyük zəfər qazandı. Və həmin o, ağrılı, acılı tarix 4 oktyabr 2020-ci il kimi gözəl bir zəfər tarixinə çevrildi. Xalqımız bu gün böyük bir acı ilə torpaqların işğal olunma tarixini əzbərləmiyəcək. Artıq böyük bir sevinc hissi ilə, qələbə hissi ilə zəfər tarixlərini əzbərləyəcək. Düzdür o ağrılı, acılı tarixləri əzbərləməyə ehtiyac qalmasa da,  ancaq onlar  artıq bizim yaddaşımıza həkk olunub. Çünki həmdə unutmamalıyıqkı biz o tarixlərdə bu gün bizə böyük zəfər hissini yaşadan Şəhidlər itirdik. Biz Şəhidlərimizin borcunu heç bir zaman qaytara bilmərik. Amma  onların adını hər zaman yaşatmalıyıq və yaşadacayıqda.

 

 

 

Nəsimi Rayon Gənci: Yusubova Təravət


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki