image-reklam-veteninfo
image-donbasbackend

Donetskdə çoxsaylı partlayışlar eşidilib, 1 Ukrayna əsgəri həlak olub

image-reklam-veteninfo

Rusiya-Ukrayna gərginliyi ilə bağlı bəyanatlar bir-birinin ardınca gəlməkdə davam edir.

Veteninfo.az xəbər verir ki,Reuters-in son məlumatına görə, şahidlər Donetsk şəhərində çoxsaylı partlayış səslərinin eşidildiyini bildiriblər. Ukrayna Ordusu 1 əsgərin öldüyünü açıqlayıb.

Məlumata görə, Ukrayna Ordusu Donbasda rus separatçılarının açdığı atəş nəticəsində 1 Ukrayna əsgərinin həlak olduğunu açıqlayıb. Həmçinin səhər saatlarından 19 atəşkəs pozulduğu açıqlanıb. Separatçıların ağır artilleriya ilə yaşayış məntəqələrinə hücum etdiyi bildirilib.

ROSTOV vilayətində fövqəladə vəziyyət

Digər tərəfdən, Sputnik-in məlumatına görə, Rusiyanın Rostov vilayətində Ukraynanın şərqindəki Donbasdan dinc əhalinin kütləvi şəkildə təxliyyəsi ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

DIPLOMATİk SAHƏDƏ DƏ DANIŞIQLAR  DAVAM EDİR

Ukraynanın şərqində gərginlik artsa da, liderlərin diplomatik gediş-gəlişi davam edir. Kremlin sözçüsü Dmitriy Peskov Rusiya prezidenti Vladimir Putin və Fransa prezidenti Emmanuel Makron arasında bölgədəki hadisələri müzakirə etmək üçün sabah telefon danışığı keçirəcəklərini açıqlayıb. Rusiyalı jurnalistlərə açıqlama verən Peskov “Bəli, prezidentin proqramında belə bir görüş var” deyib.

Dünən Ukrayna böhranı ilə bağlı bir-birinin ardınca bəyanatlar verilərkən, meydanda da qızğın hadisələr yaşanıb. Ötən gün Ukraynanın şərqində rusiyayönlü separatçıların nəzarətində olan Donetsk şəhərində nəhəng partlayış baş verib. Ukrayna ‘Bizim işğal planımız yoxdur’ dedi. Qondarma Donetsk Xalq Respublikasının prezidenti isə vəziyyətin daha da ağırlaşdığını bəyan edərək, “Donbasdakı vəziyyət müharibəyə doğru gedir” deyib.

Baydenin bəyanatları

ABŞ prezidenti Co Bayden isə Ağ Evdə keçirdiyi mətbuat konfransında Ukrayna böhranı ilə bağlı son hadisələri dəyərləndirib və jurnalistlərin suallarını cavablandırıb.

“Son günlər biz Rusiyanın dəstəklədiyi qüvvələr tərəfindən atəşkəsi ciddi şəkildə pozduğunun şahidi oluruq”-deyib. Bayden bu qüvvələrin Donbassdakı hücumları Ukraynanın üzərinə atdığını iddia edib.

http://

Rusiyanın da çox ciddi dezinformasiya kampaniyası apardığını vurğulayan Bayden bütün bunların Rusiyanın Ukraynaya hücum etmək üçün istifadə etdiyi bəhanələr olduğunu qeyd edib.

“İnanırıq ki, Kiyev də HƏDƏF OLACAQ”

Rusiyanın hazırda Ukrayna və Belarus sərhədində və Qara dənizdə 150 ​​min əsgəri olduğuna diqqət çəkən Bayden, “Rusiyanın önümüzdəki həftələrdə hücum edəcəyinə inanmaq üçün əsaslarımız var. İnanırıq” dedi. ifadəsini işlətdi.

“MÜHARİBƏYƏ HAZIRLIQ”?

Putinin Rusiya Hüquq İnformasiya İnternet Portalında dərc olunan qərarına əsasən, Rusiya Silahlı Qüvvələrində, Rusiya Milli Qvardiyasında, dövlət təhlükəsizlik orqanlarında və Federal Təhlükəsizlik Xidməti müəssisələrində hərbi xidmət üçün ehtiyatda olan Rusiya Federasiyası vətəndaşları təlimə çağırılıb.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki