image-8backend

Dövlət Komitəsi sədrinin müavini USAİD-in Missiya heyətinin üzvü ilə onlayn görüş keçirib

image-reklam_sirab_01

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov USAİD-in Azərbaycan missiyasının heyət üzvü, amerikalı mütəxəssis Qreqori Mayers ilə videoformatda görüşüb.

Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov Ermənistanın Azərbayacana qarşı ərazi iddiaları, işğal və deportasiya siyasəti, eyni zamanda, keçmiş münaqişənin ilk illərində məcburi köçkünlərin məskunlaşdırılması, maddi təminatı ilə bağlı yaranan problemlər, dövlətin bu sahədə gördüyü işlər barədə qonağa ətraflı məlumat verib. Bildirilib ki, Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib. Məcburi köçkünlərin təhsil, sağlamlıq kimi problemlərinin həllinə Birinci vitse-prezident xanım Mehriban Əliyeva da xüsusi diqqət və qayğı göstərir, bu sahədə mühüm işlər görür.

Qeyd edilib ki, Ermənistan 30 ilə yaxın müddətdə işğal altında saxladığı Azərbaycan ərazilərində yaşayış yerlərini, maddi-mədəni abidələri, qəbirstanlıqları dağıdıb, ekologiyaya ciddi ziyan vurub. Amerikalı mütəxəssisə işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərindən ətraflı şəkildə bəhs edib. Qeyd edilib ki, məcburi köçkünlər arasında sorğu keçirilib, onların mütləq əksəriyyəti öz doğma torpaqlarına qayıtmaq əzmindədir. Məcburi köçkünlərin həmin ərazilərdə dayanıqlı məskunlaşmasının təmin edilməsi üçün bütün zəruri tədbirlər görüləcək. Bərpa-quruculuq işlərinin sürətləndirilməsi, məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıdışının başlanması üçün ərazilərin minalardan təmizlənməsinin vacibliyi qeyd edilib, Ermənistanın müvafiq xəritələri verməməklə beynəlxalq normaları pozduğu, buna görə də beynəlxalq ictimaiyyətin onlara təzyiq göstərilməsinin vacibliyi diqqətə çatdırılıb.

Qayıdış prosesində beynəlxalq təşkilatlar, o cümlədən Azərbaycan, Ermənistan, Rusiya liderlərinin 9/10 noyabr 2020-ci il tarixli birgə Bəyanatına əsasən əhalinin geri qayıdışı zamanı BMT QAK-la əməkdaşlığın vacibliyi qeyd edilib.

Qreqori Mayers bildirib ki, məcburi köçkünlərin yenidən məskunlaşdırılması və azad edilmiş ərazilərin iqtisadiyyatının bərpa edilməsi sülh, əmin-amanlıq və Azərbaycanın ərazi bütövlüyünün gücləndirilməsi üçün vacibdir. Onun əsas məqsədi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə məskunlaşdırılması və regiona sərmayənin cəlb edilməsi üzrə innovativ iqtisadi modelləri dəstəkləyən tövsiyələr verməkdir.

Dövlət Komitəsi sədrinin müavini məcburi köçkünlərin məşğulluğu, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, qayıdış və digər məsələlərlə bağlı qonağın suallarını cavablandırıb.

Onlayn rejimdə keçirilən görüşdə, USAİD-in Avropa və Avrasiya Bürosunun siyasi məsələlər üzrə məsləhətçisi Mayk Henninq, layihə menecmenti üzrə mütəxəssis Samir Həmidov, “Özəl sektorun inkişafı” lahiyəsinin rəhbəri Devid Blad, Keyfiyyət, standartlar və sertifikatlaşma üzrə mütəxəssis Fuad Ağayev, biznes mühitinin inkişafı üzrə menecer Elsəvər Quliyev, USAİD-ın “Özəl sektorun inkişafı” lahiyəsinin əməkdaşı, tərcüməçi Aqşin Əhmədov iştirak ediblər.

 

image-7


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki