image-1-1backend

Dövlət Məşğulluq Agentliyində Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları ilə görüş olub

image-reklam_sirab_01

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşları ilə görüşüb.

Mustafa Abbasbəyli bildirib ki, Vətən müharibəsində hərbçilərimiz misilsiz döyüş qabiliyyəti nümayiş etdirdi və 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış doğma torpaqlarımızı azad etdi.

Qeyd olunub ki, Agentlikdə müxtəlif vəzifələrdə çalışan 25 əməkdaş Vətən müharibəsində iştirak edərək qələbəmizə öz töhfələrini veriblər.

Vətən müharibəsində iştirak edən Agentlik əməkdaşlarından 21 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə” və digər medallarla təltif olunublar. Onlardan 21 saylı Ərazi Məşğulluq filialının əməkdaşı Sadiq İslamzadə 5 medala, bir qismi isə 2-3 medala layiq görülüb.

Görüşdə çıxış edən Vətən müharibəsi iştirakçıları olan əməkdaşlar torpaqlarımızın düşmən işğalından azad edilməsi uğrunda gedən döyüşlərin bir parçası olmaqdan qürur duyduqlarını vurğulayıblar. Daha sonra onlara Dövlət Məşğulluq Agentliyi adından təşəkkürnamələr təqdim edilib.image-1-1 image-2-1 image-3-1 image-4-1 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki