“Azərbaycanda əlilliyin təyinatı ilə bağlı ciddi problemlər var”.
Veteninfo xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) 2022-ci il büdcəsi haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsində deyib.
“Son illər əlillik təyin edilmiş şəxslərin sayı kəskin azalıb. Bu məsələyə diqqəti artırmaq lazımdır”, – deyə o qeyd edib.
Bundan başqa, millət vəkilin sözlərinə görə, DSMF-dən uşaqlara ödənilən müavinət üçün cəmi 30 milyon manat vəsait ayrılır: “Bu, böyük rəqəm deyil və ona yenidən baxılmalı, məbləğ artırılmalıdır”.
V.Əhmədov həmçinin deyib ki, Azərbaycanda özəl pensiya fondlarının yaradılmasının vaxtı çatıb: “Niyə bir ölkədə bir pensiya fondu olmalıdır? Bununla bağlı dünya təcrübəsi də var”.