image-1backend

Dünya düzənində Türkiyə ruzigarı: Qərbin təlaşına səbəb nədir? 

image-reklam_sirab_01

Hər gün dünya düzənində bir yenilik olur. Qardaş Türkiyə son 20 il ərzində dünya düzəninə böyük töhfə verən ən önəmli ölkələrdən birinə çevrilib. Əslində tarix boyu bütün Qərb dünyası türkün titrəyişindən qorxub. Türkün böyük oyanışının onların sonu olduğunu anlayıblar. Onlar tarxidə Atillanın Romanı diz çökdürdüyünü, 21 yaşında İstanbulu fəth edərək 1000 illik Bizans imperiyasına məhv edən Fateh Sultan Mehmedi unutmayıblar. Bu gün məhz bu qorxudur ki, Türkiyə millisinin futbolçusu Merih Demirelin bir əl işarəsinə görə qorxuya düşüblər. Əslində Qərb hər zaman öz çirkin siyasətini yeritməyi bacarıb. Tarixə nəzər salsaq bu qorxunun əsl səbəbini başa düşərik.

1914-cü il iyun ayının 28-də Avstriya-Macarıstan taxt-tacının vəliəhdi, hersoq Frans Ferdinandın serbiyalı Qavrilo Prinsip tərəfindən Sarayevoda qətlə yetirilməsi Birinci Dünya müharibəsinin başlanması üçün bəhanə oldu. Müharibənin baş verməsi ilə iştirakçı dövlətlərin hərbi əməliyyatları haqqında uzun-uzadı danışmağa ehtiyac yoxdur. Lakin qeyd etmək lazımdır ki, həm Birinci Dünya müharibəsinə (1914-1917-ci il aprel), həm də İkinci Dünya müharibəsinə (1941-1945-ci il sentyabr) ən gec qoşulan dövlət ABŞ olub. Hətta ABŞ 1944-cü ilin iyun ayında Qərb cəbhəsi açır. Konkretləşdirək! 1918-ci ildə Birinci Dünya müharibəsi bitir və sözün həqiqi mənasında, dünyanın siyasi xəritəsi dəyişir. Yer üzündən 4 böyük imperiya silinir- Almaniya, Avstriya-Macarıstan, Osmanlı, Şar Rusiyası. Nəhayət, 1920-ci ildə Türkiyə ərazilərinin 3/4-nü itirir. 1923-cü ildə Türkiyə Cumhuriyyətinin yaranması dünyanın gündəminə çevrilir. İstər vaxtilə daha çox haqlı görünməyə çalışan “Antanta”, istərsə də özünü daha sonralar revanşizmə qurban verən “Üçlər İttifaqı” dövlətlərinin (halbuki Türkiyə ilə eyni ittifaqda idilər) heç birinə Türkiyənin varlığı sərf etmirdi. Əslində, Birinci Dünya müharibəsindən sonra dünyada supergücə çevrilən, dünyanı idarə edən köhnə güclərin yeni katalizatoru rolunu oynayan böyük dövlətlərin hər birində Türkiyə ilə bağlı böyük planlarının bu dəfə daha ciddi əsasları qoyuldu. İkinci Dünya müharibəsindən sonra isə Qərbin türkə, müsəlmana olan nifrəti və militarist siyasəti bütün çılpaqlığı ilə üzə çıxdı. Türkiyəyə qarşı ən çevik işlədilə bilən vasitələrdən, təzyiq mexanizmlərindən biri, qondarma “erməni soyqırımı” adı altında Türkiyənin 6 vilayəti də daxil olmaqla, dənizdən-dənizə “böyük Ermənistan dövləti” yaratmaq ideyası oldu. Eyni zamanda, Avropa ilə Asiya arasında körpü rolunu oynayan Türkiyənin (İstanbul şəhəri) daha çox “birləşdirmə” deyil, “ayrılma”, “dağıtma”, “pozma” funksiyasına sahiblənməsi üçün bütün məkrli planlardan istifadə olundu. Anacq Türkiyə heç bir təxribata getmədi, heç bir dövlətlə süni ajiotaj yaratmadı, heç bir dövləti əsassız yeriə qınamadı. Əksinə, sözün həqiqi mənasında, əsl qüdrətli dövlətə, söz sahibinə çevrildi. Hətta düşmənləri də məcburən bu böyük gücü öz yanlarında görməyə məcbur oldular- Türkiyə NATO-ya üzv oldu. Ancaq hər şey bununla bitmədi. İşə salınan və Qərb tərəfindən ciddi şəkildə dəstəklənən erməni terror təşkilatları Türkiyəyə qarşı mənfur planlarını işə saldılar. Maraqlısı bu idi ki, erməni terrorçularının əksəriyyəti Qərbdə təlimlər keçir, nə edəcəyi ilə bağlı bütün tapşırıqları, məhz oradan alırdılar. Türkiyəni zəiflətməyin ən “opmtimal” üsulunu türk diplomatlarının öldürülməsində görürdülər. Reallıq isə başqa bir şey diktə etdi: Türkiyə daha da gücləndi, dünyanın tək-tük “dərin dövlət”ə malik ölkələrindən biri kimi yeni konturlarını cızdı.

Türkiyə güclənməsi ilə diplomatlarına qarşı ardıcıl, silsilə xarakterli terror aktlarına start verilir. XX əsrdə Qərbin təkcə erməni terrorçularının əli ilə Türkiyəyə qarşı həyata keçirmək istədiyi “zəiflətmə”, “tədricən dağıtma”, “döyüş poliqonuna çevirmə” siyasəti nəticəsində yüzlərlə insan qətlə yetirilir. Qərbin diqtəsi ilə 1973-cü ildən başlayaraq, “soqırımı”na məruz qaldıqlarını iddia edən ermənilər türk diplomatlarına qarşı terrorçuluq hərəkətlərini yeni mərhələsi başlayır. Faktlara keçək!

1973-cü il yanvar ayının 27-də Türkiyənin Los-Ancelesdəki Baş konsulu Mehmet Baydar və konsul Bahadır Demir 78 yaşlı erməni Qurgen Yanikiyan tərəfindən qətlə yetirilib. Etdiyi cinayətə görə, ömürlük həbs cəzasına məhkum olunsa da, Qurgen 1984-cü ildə əfv edilərək azadlığaı buraxılır.

1975-ci il fevral ayının 20-də Livanın paytaxtı Beyrutda Türk Hava Yollarının nümayəndəliyinə bomba atılır.

1975-ci il oktyabr ayının 22-də Türkiyənin Avstriyadakı səfiri Danış Tunalıgil 3 erməni terrorçusu tərəfindən hücuma məruz qalır və öldürülür.

1975-ci il oktyabrın 24-də Türkiyənin Fransadakı səfiri İsmayil Erez və sürücüsü Talip Yener qətlə yetirilir.

1976-cı il fevralın 16-da Türkiyənin Livandakı səfirliyinin Baş katibi Oktar Cirit erməni terror təşkilatı “ASALA” tərəfindən güllələnir. Bu, “ASALA”-nın ilk dəfə hadisəyə görə məsuliyyəti üzərinə götürdüyü tarix idi.

1977-ci il iyun ayının 9-da Türkiyənin Vatikandakı səfiri Taha Carım qətlə yetirilir. Qətlə görə məsuliyyəti “Erməni soyqırımı ədalət komandosları” üzərinə götürmüşdü.

2 iyun 1978-ci il – Türkiyənin İspaniyadakı səfiri Zəki Kuneralp avtomobilinin gülləbaran edilməsi ilə öldürülüb. Hücum zamanı, həmçinin, səfirin qızı Necla Kuneralp, təqaüddə olan səfir Bəşir Balcıoğlu və sürücü Antonio Torres də qətlə yetirilib. Hücuma görə məsuliyyəti üzərinə yenidən Erməni Soyqırımı Ədalət Komandosları götürüb.

12 oktyabr 1979-cu il – Türkiyənin Hollandiyadakı səfiri Özdəmir Benlerin oğlu Ahmet Benler öldürülüb. Hücuma görə məsuliyyəti Erməni Soyqırımı Ədalət Komandosları və “ASALA” üzərinə götürüb.

22 dekabr 1979-cu il – Türkiyənin Fransadakı turizm müşaviri Yılmaz Çolpan öldürülüb. Hadisədən sonra xəbər agentliklərinə naməlum bir şəxs hadisəyə görə məsuliyyəti Erməni Soyqırımı Ədalət Komandoslarının daşıdığını bildirib.

31 iyul 1980-ci il – Türkiyənin Yunanıstandakı səfirliyinin attaşesi Qalib Özmen 14 yaşlı qızı Neslihan Özmenlə birgə öldürülüb. Hücum zamanı, həmçinin, diplomatın həyat yoldaşı Sevil Özmen və oğlu Kaan Özmen ağır yaralanıb. Hücuma görə məsuliyyəti “ASALA” üzərinə götürüb.

17 dekabr 1980-ci il – Türkiyənin Avstraliyadakı Baş konsulu Şarık Arıyak və mühafizəçisi Engin Sever öldürülüb.

6 fevral 1980-ci il – Türkiyənin İsveçrədəki səfiri Doğan Türkmənə hücum edilib. Səfir sağ qalıb.

17 aprel 1980-ci il – Türkiyənin Vatikandakı səfiri Vecdi Türelin avtomobili atəşə tutulub. Səfir ağır yaralanıb.

26 sentyabr 1980-ci il – Türkiyənin Fransadakı səfirliyinin mətbuat katibi Səlcuq Bakkalbaşı silahlı hücum zamanı yaralanıb.

4 mart 1981-ci il – Türkiyənin Fransadakı səfirliyinin attaşesi Reşat Moralı və dini nümayəndəsi Tecelli Arı öldürülüb. Məsuliyyəti üzərinə “ASALA” götürüb. Bundan sonra Ankara Fransaya etiraz notası verib.

9 iyun 1981-ci il – Türkiyənin İsveçrədəki Baş Konsulluğunun katibi Mehmet Savaş Yergüz öldürülüb. Məsuliyyəti “ASALA” üzərinə götürüb. Hücumdan sonra ələ keçirilən Livan əsilli erməni Mardiros Camqozyan 15 il həbsə məhkum edilib.

24 sentyabr 1981-ci il – Türkiyənin Fransadakı səfirliyinin Mədəniyyət məsələləri üzrə attaşesinin binası ələ keçirilərək, 56 diplomat əsir alınıb. Müqavimət göstərmək istəyən mühafizəçi Cemal Özen öldürülüb, Baş konsul Kaya İnal isə yaralanıb. Konsulluğu ələ keçirən terrorçular Türkiyədəki 12 siyasi məhbusun Parisə gətirilməsini istəyiblər. İstəklərinin qəbul edilməyəcəyini anladıqdan sonra terrorçular polisə təslim olublar. Səfirliyə hücum edən 4 terrorçu- Vazgen Sakosesliyan, Gevork Abraham Gözliyan, Aram Avedis Basmaciyan və Akop Abraham Turfanyana 1984-cü ildə 7 il həbs cəzası verilib. Hücuma görə məsuliyyəti üzərinə yenidən “ASALA” götürüb.

2 aprel 1981-ci il – Türkiyənin Danimarkadakı səfirliyinin attaşesi Cavit Demirə silahlı hücum edilib və o yaralanıb.

25 oktyabr 1981-ci il – Türkiyənin İtaliyadakı səfirinin müavini Gökberk Ergenekon silahlı hücum zamanı yaralanıb.

28 yanvar 1982-ci il – Türkiyənin Los-Ancelesdəki Baş konsulu Kemal Arıkan öldürülüb. Arıkanın qatili olan daşnak Hampiq Sasunyan ömürlük həbs cəzasına məhkum edilib.

5 may 1982-ci il – Türkiyənin Bostondakı Baş konsulu Orhan Gündüz öldürülüb.

22. 7 iyun 1982-ci il – Türkiyənin Portuqaliyadakı səfirliyinin attaşesi Erkut Akbay öldürülüb.

27 avqust 1982-ci il – Türkiyənin Kanadadakı səfirliyinin hərbi attaşesi öldürülüb.

9 sentyabr 1982-ci il – Türkiyənin Bolqarıstandakı səfirliyinin attaşesi Bora Süelkan öldürülüb.

8 aprel 1982-ci il – Türkiyənin Kanadadakı səfirliyinin ticarət müşaviri Kani Güngör yaralanıb.

21 iyul 1982-ci il – Türkiyənin Hollandiyadakı Baş konsulu Kemal Demirer ona qarşı təşkil edilən hücumdan salamat qurtulub.

9 mart 1983-cü il – Türkiyənin Yuqoslaviyadakı səfiri Galip Balkar öldürülüb. Hücumu həyata keçirən Kirkor Levonyan və Raffi Aleksandr 20 il həbs cəzasına məhkum edilib.

14 iyul 1983-cü il – Türkiyənin Belçikadakı səfirliyinin attaşesi Dursun Aksoy öldürülüb.

27 iyul 1983-cü il – Türkiyənin Portuqalliyadakı səfirliyi ələ keçirilib. Hücum zamanı səfirlik məsləhətçisi Yurtsev Mıhçıoğlu və həyat yoldaşı Cahidə Mıhçıoğlu qətlə yetirilib. Səfirliyi tutan 5 terrorçu Portuqaliya polisi tərəfindən öldürülüb. Məsuliyyəti üzərinə götürən Erməni İnqilab Ordusu sonradan Portuqaliya Baş naziri Mario Suarezi ölümlə təhdid edib.

28 aprel 1984-cü il – Türkiyənin İrandakı səfirliyinin katibi Şadiyə Yöndərin həyat yoldaşı iş adamı İşık Yöndər “ASALA” tərəfindən öldürülüb.

20 iyun 1984-cü il – Türkiyənin Avstriyadakı səfirliyinin attaşesi Ərdoğan Özen partladılaraq öldürülüb. Hücuma görə məsuliyyəti üzərinə Erməni İnqilab Ordusu götürüb.

19 noyabr 1984-cü il – Türkiyənin BMT-dəki nümayəndəliyində fəaliyyət göstərən Evner Ergun Avstriyada öldürülüb. Məsuliyyəti üzərinə Erməni İnqilab Ordusu götürüb.

28 mart 1984-cü il – Türkiyənin İrandakı səfirliyinin Baş katibi Hasan Servet Öktem və səfirliyin işçisi İsmail Pamukçu ağır yaralanıb.

Qısası, dünyada diplomatları ən çox öldürülən dövlət elə Türkiyədir desək, yalınmarıq. Lakin bütün bunlar, həyata keçiriən terror aktlarının heç biri Türkiyəni haqq yolundan döndərə bilməyib. Heç şübhəsiz ki, bir türk dövlətinin dünya nəhənginə çevrilməsi Qərbə, türk-müsəlman düşmənlərinə, eləcə də, böyük güclərin maraqlarına xidmət edən təxribatçı dairələrə sərf edə bilməzdi. Lakin planlar və təxribatlar bu gün də işləyir, Türkiyəni zəiflətmək üçün bütün metodlara əl atırlar. Bu dəfə Rusiyanın Türkiyədəki səfiri qətlə yetirilir.

Rus səfirin öldürülməsi iki dövlətin münasibəltərinə təsir etməyəcək!

Zaman-zaman ziddiyyətli, bəzi hallarda isə haqlı yanaşmaları ilə gündəmə gələn Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski dekabrın 19-da Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun öldürülməsi ilə bağlı kifayət qədər məntiqli, əsaslə münasibət sərgilədi: “Əvvəllər səfirin öldürülməsi müharibə elan etmək üçün bəhanə idi. İndi isə belə hadisələrin, təəssüflər olsun ki, çox şahidi oluruq. Bu, adətən, müharibə şəraitində və ya düşmənçilik edən ölkələrdə olurdu. Lakin bizim Türkiyə ilə münasibətlərimiz yüksək səviyyədədir. Sözsüz ki, bu sui-qəsd aksiyası təxribatdır. Məqsəd Rusiya-Türkiyə arasındakı münasibətlərin normallaşmasını pozmaqdır. Yaxın günlərdə Ərdoğan Rusiyaya birgünlük səfər etməliyidi. Yanvar ayında isə Türkiyə prezidentinin böyük səfəri gözlənilirdi. Ərdoğan üzünü Rusiyaya çevirir. Ona görə də Qərb xüsusi xidmət orqanlarına bu sərfəli deyil. Türkiyə bir siyasi meydandan digərinə keçməyə qərar verib. Ankara Rusiya istehsalı hərbi texnikalar sifariş verib. Sabah Rusiya-Türkiyə-İran müdafiə nazirlərinin görüşü keçiriləcək. Moskva-Ankara-Tehran Suriya münaqişəsi ilə bağlı birgə əməkdaşlıq edəcəklər. Qərb bundan qorxur. Rusiya, Türkiyə və İranın Suriya münaqişəsi ilə bağlı birləşməsi NATO və Avropa Birliyini qorxudur. Andrey Karlovun qətlə yetirilməsinin arxasında məqsəd var. Məqsəd Moskva ilə Ankaranın arasını vurmaqdır. Onların fikrincə, təyyarə qalmaqalından sonra 8 ay münasibətləri kəsilən Rusiya və Türkiyə, gərək səfir sui-qəsdindən sonra müharibə həddinə çatsınlar. Onlar gözləyirlər ki, biz Türkiyəyə ultimatum verəcəyik. Lakin biz bunu etməyəcəyik. Onlar bizim aramızı vurmağa çalışırlar. Lakin biz bunun əksini etməliyik. Münasibətlərimizi daha da möhkəmləndirməliyik”.

Türkiyədə 2015-ci ilin 15 iyun dövlət çevrilişinə cəhdi də eyni planın tərkib hissəsi idi, ancaq gerçəkləşmədi və bu gerçək ola da bilməzdi. Mütəmadi olaraq, Türkiyənin müxtəlif ərazilərində partladılan bombalar da heç nəyi dəyişməyəcək. Yəni Türkiyə istər Yaxın Şərq, Suriya, İraq, istər Qafqaz, istəsərsə də beynəlxalq səviyyədə apardığı ədalətli mövqeyindən geri çəkilməyəcək. Heç şübhəsiz ki, Türkiyəyə qarşı hesablanmış bu xain planlar bir gün özlərinə qarşı çevriləcək.

Artıq Qərbdə də, ABŞ-da anlayırlar ki, indiki Türkiyə ilə hesablaşmaq lazımdır. Çünki tarixə damğasını vuran, dünya düzənini öz istədiyi kimi cızan bir xalqın iradəsini, əzmini sındırmaq olmaz.

Qoşqar Salmanlı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki