Məqsədli proqramların həyata keçirilməsi qaydası hazırlanacaq.
Vətəninfo.az-ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2024-cü il 25 iyun tarixli 1184-VIQD nömrəli Qanununun tətbiqi barədə”
imzaladığı fərmanda əksini tapıb.
Fərmana əsasən, Nazirlər Kabineti üç ay müddətində məqsədli proqramların həyata keçirilməsi qaydasını təsdiq edib Azərbaycan
Respublikasının Prezidentinə məlumat verməlidir.