Azərbaycan Respublikası diplomatik xidmət orqanları əməkdaşlarının peşə bayramı münasibətilə Xarici İşlər Nazirliyinin (XİN)
rəhbər heyəti və diplomatik nümayəndəliklərin rəhbərləri Fəxri və Şəhidlər xiyabanlarını ziyarət ediblər.
Vətəninfo.az xəbər verir ki, xarici işlər naziri Ceyhun Bayramov və nazirliyin əməkdaşları əvvəlcə Fəxri xiyabana gələrək
Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib, önünə əklil qoyublar. Oftalmoloq alim, akademik Zərifə Əliyevanın məzarı
üzərinə də gül dəstələri düzülüb.
Sonra Şəhidlər xiyabanını ziyarət edən nazir C.Bayramov və XİN əməkdaşları Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü
uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə gül dəstələri düzüb və “Əbədi məşəl” abidəsi önünə
əklil qoyublar.