Əfqanıstanda daşqın və fırtına nəticəsində 35 nəfər həyatını itirib.
Ölkənin şərqindəki Nangerhar əyalətinin mədəniyyət və informasiya məsələləri üzrə rəhbəri Karişi Badlun yaşanan təbii fəlakətlə bağlı açıqlama verib.
Vətəninfo.az xəbər verir ki, Karişi Badlun leysan yağışların səbəb olduğu daşqınlar və fırtına nəticəsində 35 nəfərin öldüyünü, 230 nəfərin isə yaralandığını bildirib.
Yaralıların xəstəxanalara yerləşdirildiyini deyən Karişi Badlun yaralıların sayının arta biləcəyini qeyd edib.
May ayında başda Bağlan olmaqla Əfqanıstanın şimal əyalətlərində yaşanan daşqınlar nəticəsində həyatını itirənlərin sayı 400-ü ötüb.
Əfqanıstanda qış aylarında yağan qarın havaların isinməsi ilə əriməsi nəticəsində yaşanan daşqınlar insan tələfatına səbəb olur. Təbii fəlakətlər nəticəsində ölkədə hər il yüzlərlə insan ölür.