Ayətullah Seyid Əli Xamenei dəfn edilib.
Vətəninfo.az APA-ya istinadən bildirir ki, İranın sabiq Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəddə İmam Rza hərəminin ərazisində torpağa tapşırılıb.
İranın sabiq Ali Rəhbərinin cənazəsi dünən İraqın Nəcəf və Kərbəla şəhərlərində keçirilən vida mərasimlərindən sonra bu gün günorta saatlarında rəsmi şəxslərin və İran ictimaiyyətinin iştirakı ilə Məşhədə gətirilib.
Bundan əvvəl Tehranda və Qumda Əli Xamenei ilə vida mərasimləri keçirilib.
Qeyd edək ki, Ayətullah Seyid Əli Xamenei 37 il ərzində İran İslam Respublikasının Ali Rəhbəri olub.
Seyid Əli Xamenei 19 aprel 1939-cu ildə İranın şərqində yerləşən Məşhəd şəhərində anadan olub.


























