image-download-3backend

Elşad Abdullayevlə bağlı qarmaqarışıq-QƏRARLAR-SABİQ REKTOR HARDA AXTARILIR?

image-reklam_sirab_01

Veteninfo.az artıq bir neçə dəfə fəaliyyəti dayandırılan Azərbaycan Beynəlxalq Univeristetin sabiq rektoru Elşad Abdullayevlə bağlı  araşdırma yazılar verməkdədir.Eyni zamanda Rusiya Federasiyasında yaşayan həmyerlimiz Fuad Rzayevin sabiq rektorla bağlı şikayətlərini  yayımlayaraq Azərbaycanın hüquq-mühafizə orqanlarına çatdırmaqdadır. Qeyd edək ki, ABU-nin sabiq rektoru Elşad Abdullayev Elşad Abdullayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilərək barəsində cinayyət işi açılsa da,o ölkədən qaçaraq hazırda Fransa respublikasında yaşamaqdadır.

Elşad Abdullayev ökədən qaçdıqdan sonra,yuxarıda göstərilən maddələrlə onun haqqında 20 avqust 2013-cü ildə beynəlxalq axtarış verilməsinə baxmayaraq sabiq rektor davamlı olaraq bəyan edirk ki.o İnterpol vasitəsi ilə axatarışda deyil,eyni zamanda Azərbaycan Respublikası daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi 19.03-2021-ci il tarixdə 19241R-4221 nömrəli  Fuad Rzayevə göndərdiyi cavab məktubunda bəyan edirk ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı –İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu əsas gətirilərək təşkilatın baş katibliyi tərəfindən Elşad Abdullayevin beynəlxalq axtarışı 2020-ci ildə dayandırılmışdır.Eyni zamanda Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Konssulluq şöbəsindən F.Rzayevə  T.Sadıqovun imzası ilə göndərilən məktubda qeyd edilir ki, Elşad Abdullayev beynəlxalq axtarışda yalnız MDB məkanında,yəni müstəqil Dövlətlər Birliyi ərazisində axtarışdadır.Amma Elşad Abdullayev isə bəyan edir ki,o bu illər ərzində bir neçə dəfə Rusiya Federasiyasında olub bə ona güldənağır söz deyən olmayıb.

image-aa77d7ba-3336-44ee-b1c0-e80a31d48a9e

Veteninfo.az İnformasiya Agentliyi olaraq Elşad Abdullayevin doğurdan da beynəlxalq axtarıda olub olmadığını öyrənmək üçün rəsmi şəkildə Azərbaycan Respublikası Baş Prokurorluğuna 15.03.2021-ci ildə sorğu göndərdik. Sorğuda rica etdik ki, Azərbaycan Respublikası Baş Prokurorluğu Elşad Abdullayevlə bağlı yaranmış bu qarmaqarışıq vəziyyətlə bağlı sorğumuzu cavablandırsın.

Redaksiyamızın sorğu məktubuna Azərbaycan Respublikası Baş Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri,kiçik ədliyyə müşaviri Günay Səlimzadənin imzası ilə daxil olan cavabda bildirilir ki, Azərbaycan Beynəlxalq Univeristetin sabiq rektoru Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilən elşad Abdullayev barəsində 20 avqust 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilmişdir.

image-konsulskiy-otd-posolstva-rf-2
2

Maraqlıdır, Azərbaycan Respublikası daxili İşlər Nazirliyi İnterpol-un Milli Mərkəzi 19.03-2021-ci il tarixdə 19241R-4221 nömrəli  Fuad Rzayevə göndərdiyi cavab məktubunda bəyan edirk ki, Beynəlxalq Cinayət Polisi Təşkilatı –İnterpol-un nizamnaməsinin tələblərinə zidd olduğu əsas gətirilərək təşkilatın baş katibliyi tərəfindən Elşad Abdullayevin beynəlxalq axtarışı 2020-ci ildə dayandırılmışdır. Əgər doğurdan da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.2.2,308.2,311.3,323.3 və 29,312.2 maddələri ilə təqsirləndirilən elşad Abdullayev barəsində 20 avqust 2013-cü il tarixdə beynəlxalq axtarış elan edilibsə, İnterpol necə və hansı əsasla Elşad Abdullayevin beynəlxalq axtarışını dayandırıb?

image-76f87224-22d3-4db8-b1f0-56903a5f14d3

Digər bir tərəfdən Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Konssulluq şöbəsindən F.Rzayevə  T.Sadıqovun imzası ilə göndərilən məktubda yazılanları hansı məntiqlə izah edilə bilər. Görünür Azərbaycan dövləti rəsmi qaydada bir şəxs haqqında bir neçə maddə ilə cinayət işi başlanılmasını həyata keçirir,eyni zamanda da bu şəxs barəsində beynəlxalq axtarış elan edilir,amma İnterpol-un katibliyi Azərbaycan dövlətinin almış olduğu qərarı görməzdən gələrək həyata keçirməkdən imtina edir.

image-mvd-baku-30-09-20g-2
1

Belə olduqda da cinayətkar əlini-qolunu sallayaraq bütün dünyanı rahat şəkildə gəzə bildiyi kimi,eyni zamanda Azərbaycan dövlətinə qarşı,dövlətin rəhbərliyinə qarşı istənilən şəkildə qaralama kompaniyası apara bilir.Hər halda bütün bunlar Azərbaycanın rəsmi orqanlarının günahının nəticəsidir.

 

Vətəninfo.az İnformasiya şöbəsi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki