image-bad8ed1f-de5a-40a7-a85e-84e1db4d39b2backend

“Vuqar Səfərli dönəmində medianın inkişafından daha çox Azərbaycan mediasının məzarı qazılıb”-NAHİD CANBAXIŞLI

image-reklam_sirab_01

Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birgə media kapitanları üçün həyata keçirdiyi seminarlar sona çatıb. Bu seminarların əhəmiyyətindən bir qədər öncə də danışmışıq. Günümüzün texnologiyası mətbuatdan daimi inkişaf və yenilik tələb edir. Medianın İnkişafı Agentliyinin də qarşıya qoyduğu əsas məqsədlərdən biri də məhz mediada yenilik və kreativ düşüncənin daha da inkişaf etdirilməsinə töhfə verməkdir. Bəs, bu seminarlar mətbuata hansı yeni fikirləri, yeni ideyaları gətirəcək? Məsələ ilə əlaqədar həmin seminarlarda iştirak etmiş qələm sahiblərinin fikirlərini soruşduq. SİA həmin sorğunu təqdim edir.

“Vətəninfo.az” İnformasiya Agentliyinin təsisçisi və baş redaktoru Nahid Canbaxışlı: “Media İnkişafı Agentliyinin və ADA Univetistetinin birgə təşkil etdiyi “Mediada islahatlara doğru” silsilə seminarlarının iştirakçısı olaraq deyə bilərəm ki, çox möhtəşəm bir seminar idi. Bu seminarlarda bir və ya bir neçə media orqanı iştirak etmirdi. Onlarla media nümayəndəsinin iştirak etdiyi bir semnar idi.

image-bad8ed1f-de5a-40a7-a85e-84e1db4d39b2

ADA tərəfindən təlimlərə dəvət olunan beynəlxalq ekspertlər, eyni zamanda Diplomatik Akademiyanın təcrübəli müəllimləri sözün həqiqi mənasında möhtəşəm idilər. Azərbaycan mediası ənənəvi media prinsiplərindən yavaş-yavaş imtina etdikcə, müasir media dünyada mövcud olan yenlikləri öz iş prinsiplərində tətbiq edəcəkdir. Biz 30 illik müstəqilliyimiz dövründə çox şeylə qarşılaşdıq. Azərbaycanın ənənəvi mediası sensuzralar, yasaqlar, ciddi maliyyə problemləri, qəzetlərin satışı və bu kimi narahatlıq və sıxıntılar gətirən amillərlə qarşılaşıb. Ulu Öndər Heydər Əliyevin qəti və ardıcıl səyləri nəticəsində yuxarıda qeyd etdiyim problemlər aradan qalxıb. Zaman keçsə də, ənənəvi media köhnə sovet idalogiyasından miras qalan prinsiplərlə işləyirdi. Müasir media, xüsusilə internet mediası dünyanın qəbul etdiyi yenilikçi dəyərlərin tədbiqindən yanadır. Biz bu mənada keçirilən seminarda müasir dünya mediasının özünün iş pirinsiplərinə tədbiq etdiyi yenliklərlə tanış olduq. İstər “Al Jazeera” televiziyasının nümayəndəsinin təlimləri, istər “Haber Global” televiziyasının nümayəndəsinin, eyni zamanda ADA Univeristetinin təcrübəli diplomat və müəllimlərinin keçdikləri təlimlər bu mənada həqiqətən də hər bir iştirakçı üçün yeni və arzu olunan təlimlər idi”.

Qurum rəhbəri qeyd edib ki, düzdür seminara dəvət olunan, amma iştirak etmək istəməyən media təmsilçiləri də oldu və onlar doğrudan da çox şeyi öyrənməkdən məhrum oldular: “Ola bilsin onlar özlərini “As” hesab edirlər. Amma sizə səmimi deyim o düşüncədə olanlar unudurlar ki, müasir media məkanı onların yeri deyil. Çünki müasir media mənəm-mənəmliyi sevmir. Eyni zamanda seminara dəvət olunmayan həmkarlarımız da oldular ki, kaşki onlar da iştirak edərdilər. Onların da öyrənməyə, yenlikləri bilməyə haqları çatırdı. İnşallah MEDİA və ADA bu seminarları davamlı keçirəcək və digər iştirak etməyən həmkarlarımızın da yenliklərlə tanış olmalarına vasitəçilik edəcəklər.

image-2337356-1

N.Canbaxışlı son olaraq bir məsələni də vurğulayıb ki, çox təssüflər olsun Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun möcvud olduğu dövrdə belə seminarlar təşkil olunmayıb: “Medianın inkişafından daha çox Azərbaycan mediasının məzarı qazılıb. Bu işin başında Fondu soyub soğana çevirən Vüqar Səfərli dayanırdı. Düşünün, müsabiqələrdə jurnalistlərə 300-500 manatın verilməsinə qıymayan bu zat Kipirdə, Türkiyədə evlər alırdı. Jurnalistlər üçün inşa edilən binada mənzillərə quraşdırılan qapılar, pəncərələr Çinin hansısa məhəlləsindən alınaraq, od qiymətinə sənədləşdirilib. Əminəm ki, MEDİA başladığı bu gözəl nümunəvi addımları genişlədirərək Vüqar Səfərlinin Azərbaycan mediasında açdığı yaraları sağaltmış olacaq”.

 

Azərbaycanın yeganə fransızdilli “Le Carrefour” qəzetinin təsisçisi Zeynab Kazımova: “Öncə mən MEDİA rəhbərliyinə 15 ildən artıqdır ki, ölkənin yeganə fransızdilli mətbu orqanı olan “Le Carrefour” qəzetinin bu təlimlərdə iştirakına şərait yaratdıqlarına görə təşəkkür edirəm.

image-01_-1

Ümumiyyətlə, bu layihə və təlimlər son dövrlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən media siyasətinin yeni meyarlar, mütərəqqi metodlar, Azərbaycan mediasının beynəlxalq media resurslarına çıxışını hədəfləyən, informasiya müharibəsində jurnalistikamızın daha fəal, çevik, sərrast iştirakının vacibliyini önə çəkən vasitələrdən bir nümunə kimi qiymətləndirmək olar. Burada media nümayəndələri həm öyrəndilər, həm də bildiklərini daha da təkmilləşdirdilər. Hətta deyərdim ki, bəzi nəzəri biliklərimizin praktik həllər – qrup və fərdi olaraq müxtəlif oyun və yarışlar şəklində simulyasiyası təlimlərin olduqca maraqlı keçməsini şərtləndirdi. Fikrimcə, təlimlər çox səmərəli və faydalı oldu”.

Z. Kazımova vurğulayıb ki, təlimdə iştirak etmiş media nümayəndələri arasında qarşılıqlı təmas baxımından çox gözəl mühit vardı: “Təlimlərin bir əhəmiyyəti də məhz jurnalist həmrəyliyinin bərpa olunmasındadır. Fikrimcə, MEDİA uzun illərdən sonra ADA Universiteti ilə əməkdaşlıqda keçirilən bu təlimlərlə Azərbaycan mediasını bir araya toplaya bildi. Təlimçilərin seçimi ilə bağlı da, məncə, MEDİA uğur qazandı. Əziz həmkarım Şəfəq xanımın peşəkar jurnalist, aparıcı olmaqla bərabər gözəl təlimçi, müəllim olduğunu özüm üçün, bir növ, kəşf etdim. O, sanki hər bir iştirakçını hiss edirdi və səmimi diskussiyalar quraraq, təlimi daha maraqlı keçməyə nail olurdu. Beynəlxalq media qurumlarının təmsilçilərinin təlimlərdə iştirakı, onların Azərbaycan jurnalistləri ilə ünsiyyəti də maraqlı oldu. “AL Jazzera”nın əməkdaşı olan təlimçinin yeganə fransızdilli “Le Carrefour” qəzetinə göstərdiyi maraq da mənim üçün yaddaqalan oldu. Ümumilikdə, təlimlərdə qoyulan mövzular müasir dünyada mövcud olan medianın inkişaf tendensiyalarına uyğun seçilmişdi. Düşünürəm ki, iştirakçılar hər biri özü üçün lazım olan məlumatları əldə etdilər”.

 

“İnterpress.az”-ın Baş redaktoru Toğrul Allahverdili: “Medianın İnkişafı Agentliyinin ADA ilə birgə təşkil olunmuş seminarları artıq başa çatıb. Qeyd edim ki, mən öncədən bu seminarların bu qədər maraqlı və mediaya yenilik gətirəcəyinə o qədər də inanmamışdım. Lakin sözün əsil mənasında bu treninqlərin bu dərəcədə yüksək səviyyədə olması məni sevindirdi.

image-38c20543-1999-4fe1-b9d8-1fac3333660b

Bu treninqlərdə təlimçilərlə yanaşı, həm də media kapitanlarının bir sıra yenilikçi fikirləri düşünürəm ki, yaxın gələcəkdə özünü mediadakı yenilənmə ilə biruzə verəcək. Burada aparılan müzakirələr, ortaya atılan yeni fikirlərin media sahəsinə tətbiqi mətbuatımıza yeni nəfəs gətirəcək”.

O, söyləyib ki, düzdür, seminarlar başa çatdı, lakin düşünürəm ki, bu cür seminarlar mütəmadi olmalıdır: “Çünki bu gün İnformasiya Texnologiyalarının günü-gündən daha da inkişafı ilə hər şey sürətlə yenilənir. Bu da bütün sahələr kimi mediaya da siraət edir. Bu gün nə köhnə fikir, nə də köhnə metodlar insanları cəlb etmir. Düşünürəm ki, buna uyğun olaraq mətbuat sahəsində çalışan hər kəs beynində mütəmadi inqilablar etməklə, bunu öz işinə tətbiq etməlidir. Ənənəvi media öz yeni fərqlilikləri ilə sosial medianın dominantlığını azalda bilər. Məhz, buna görə də bu cür seminarların mütəmadi keçirilməsi gərəktiyinin qənaətindəyəm. Necə deyərlər, məsləhətli don gen olar. Bu baxımdan seminarlarda müzakirə olunan məsələlər hətta bəzən polemika həddinə çatsa da, hər birimizə yeni fikirlər, yeni stimul qazandırdı”.

T.Allahverdili vurğulayıb ki, ona görə də MEDİA-nın ADA ilə birgə təşkil etdiyi təlimləri yüksək səviyyədə qiymətləndirirəm: “Əminəm ki, Azərbaycan mediası bu seminarlarda qazanılan yeniliklərdən bəhrələnəcək. Mediada yaratmaq istədiyi yeniliklərə görə MEDİA-ya və ADA-ya təşəkkür edirəm”.

“İki Sahil” qəzetinin Baş redaktoru Vüqar Rəhimzadə: “Hesab edirəm ki, Medianın İnkişafı Agentliyinin ADA Universiteti ilə birgə həyata keçirdiyi seminarlar istər təcürbə mübadiləsi baxımından, istər jurnalistlərin peşəkarlığının formalaşması baxımından çox əhəmiyyətlidir. Ona görə də bu kimi treninqlərinin keçirilməsini çox yüksək qiymətlədirirəm. Medianın İnkişafı Agentliyi bu cür uğurlu layihələri reallaşdırmaqla qarşıya qoyduğu hədəflərlə addım-addım yaxınlaşır.

image-vuqar_rahimzade-ray_-5

V.Rəhimzadə vurğulayıb ki, mən də bu seminarların iştirakçısı oldum və seminarda Əl-Cəzirə televiziyasının əməkdaşının mühazirəsini dinlədim: “O, öz fəaliyyəti ilə bağlı müəyyən fikirlərini ifadə etdi. Bu da mənimçün çox maraqlı və yaddaqalan idi. Fikrimcə, bu cür seminarlarla jurnalistlərin təcrübələrinin artırılması çox əlamətdar hadisədir. Hörmətli dostumuz Əhməd İsmayılovun rəhbərliyi ilə bundan sonra da Medianın İnkişafı Agentliyi bu cür layihələrlə jurnalistlərimizə həm təcürbə mübadiləsinin aparılmasında, həm də peşə hazırlığının daha da mükəmmələşdirilməsində öz töhfələrini verəcəklər”.

“İkisahil.az” xəbər portalının bölmə müdiri Ceyhun Piriyev: “Hesab edirəm ki, sözügedən seminarlar iştirakçılara dünya mediasındakı ən son yenilikləri fəaliyyətlərində tətbiq etməyə imkan verəcək. Xüsusilə də nəzərə alsaq ki, seminarlar baş redaktorlar üçün nəzərdə tutulmuşdu, onların burada mənimsədikləri yeniliklər təmsil olunduqları media subyektlərinin fəaliyyətində özünü büruzə vermiş olacaq.

image-67924e82-d99b-49c3-9cc3-782436db63f8

Buraya kütləvi informasiyaların daha böyük kütləyə çatdırılması və oxunaqlığının artılması kimi texnologiyalar da aiddir. Belə texnologiyaların tətbiqi medianı reklamverənlər üçün də cəlbedici etməklə reklam bazarının böyüməsinə şərait yarada bilər”.

C.Piriyev vurğulayıb ki, həmçinin həmin media subyektlərinin oxucu və izləyiciləri də öz növbəsində dünya mediasından tanış olduqları trendləri yerli mediada da görmüş olacaqlar: “Bu seminarlar redaksiyalarda yaradıcı mühitin də inkişafına imkan verəcək. Söhbət ondan gedir ki, idarəçilik sahəsində də yeniliklər əldə etmiş baş redaktor onların tətbiqi ilə redaksiyadaxili yüksək səviyyəli işgüzar mühit yarada biləcəklər”.

 

Müəllif: Aysel Məmmədova
Sia.az 

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki