Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,01% azalaraq 1 871,2 ABŞ dollarına bərabər olub.
Bu barədə birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 0,66% artaraq 22,42 dollar təşkil edib.