Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 1,33% artaraq 1 934,6 ABŞ dollarına bərabər olub.
Bu barədə Veteninfo.az birja məlumatlarına istinadən xəbər verir.
Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti 2,75% artaraq 25,39 dollar təşkil edib.