image-photo-2022-02-08-12-27-56-1backend

Enerjiyə əlçatanlıq reytinqində Azərbaycan dünyada ikinci yerdədir.

image-reklam_sirab_01

Azərbaycanın elektrik enerjisinin əlçatanlıq indeksinə görə dünyada ikinci yerdə olması enerji sektorunda aparılan kompleks tədbirlərin nəticəsidir

İqtisadiyyatın bütün sahələrində, məişətimizdə  elə bir sahə yoxdur ki, orada enerjidən istifadə olunmasın. Buna görə də  iqtisadi inkişafın sütunu adlandırılan enerji ilə təchizat məsələsi daim gündəlikdə duran aktual məsələdir. Müstəqillik illərində  həyata keçirilən layihələrin tətbiqi ilə respublikamızın ən ucqar  bölgələri belə fasiləsiz enerji ilə təchiz olunub.

Respublikamızın sosial-iqtisadi tərəqqisinin təmin edilməsində mühüm elementlərdən olan energetika sahəsinin inkişafına son dövrlərdə çox böyük diqqət yetirildiyindən, eyni zamanda, ölkəmizin elektrik enerjisi təsərrüfatında köklü islahatların gerçəkləşdirilməsindən, enerji sisteminin etibarlılığının təmin olunması və bu sahədə mükəmməl infrastrukturun yaradılması üçün ardıcıl və kompleks tədbirlərin həyata keçirilməsindən xəbər verir.

Azərbaycanın təqribən 1000 meqavatlıq əlavə enerji gücləri var ki, bu güclər həm ehtiyat təşkil edir, həm də ixrac potensialını genişləndirir.
Bütün bu işlərin təməlində generasiya güclərinin yaradılması dayanır.

Təqribən 3 min meqavata yaxın yeni generasiya gücləri yaradılıb, bir çox elektrik stansiyaları inşa edilib və beləliklə, Azərbaycan bu istiqamətdə dünya miqyasında aparıcı ölkələrin birinə çevrilib. Eyni zamanda, paylayıcı xətlərin yenidən qurulmasına və çəkilməsinə də böyük diqqət göstərilib.

Reallaşdırılan çox böyük layihələr sayəsində Azərbaycanda enerji təchizatı ilə bağlı bütün əsas problemlər demək olar ki, həllini tapıb, respublikamız artıq enerji təminatçısına çevrilib. Belə ki, əvvəlki dövrlərdə ölkəmiz elektrik enerjisi üzrə idxaldan asılı idi. İndi isə həm daxili tələbat ödənilir, həm də bu istiqamətdə ixrac həyata keçirilir.

Azərbaycanın enerji siyasəti həmişə açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb.

Abdullayeva Aytən Azərbaycan Dövlət Pedaqoji Universiteti

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki