image-reklam-veteninfo
image-1backend

Əraqçı: Hərbi cinayətlərdə təqsirli bilinənlər məsuliyyətə cəlb edilməlidir

image-reklam-veteninfo

İranın xarici işlər naziri Abbas Əraqçı hərbi hücumlar nəticəsində ətraf mühitə vurulan ziyana görə məsuliyyət daşıyan şəxslərin hüquqi məsuliyyətə cəlb edilməsinə çağırış edib.

Vətəninfo.az xəbər verir ki, Əraqçı müharibələrin ekoloji nəticələrinə diqqət çəkərək Qəzza zolağında, Livanda və İranda baş verən hərbi əməliyyatların ciddi ekoloji fəsadlara səbəb olduğunu bildirib.

İran XİN rəhbərinin sözlərinə görə, münaqişələr zamanı ətraf mühitə dəyən zərər də diqqətdən kənarda qalmamalı, bu cür hallara görə təqsirli bilinən şəxslər məsuliyyətə cəlb edilməlidir.

Əraqçının açıqlaması hərbi münaqişələrin yalnız insan tələfatı və infrastrukturun dağıdılması ilə deyil, həm də uzunmüddətli ekoloji nəticələrlə müşayiət olunduğuna diqqət çəkir.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki