image-reklam-veteninfo
image-1backend

Ərdoğan BMT Baş Assambleyasında çıxış edəcək

image-reklam-veteninfo

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.

“TRT Haber”ə görə, Ərdoğan 2005-ci ildən bəri qlobal problemlərə qarşı mübarizə metodlarını qabardır.

Türkiyə Prezidentinin 16 çıxışı barədə məlumat verilən yazıda onun 2023-cü ilin sentyabrında BMT-nin 78-ci Baş Assambleyasında Qarabağın Azərbaycan torpağı olduğunu vurğulaması qabardılıb.

Xatırladaq ki, Azərbaycan həmin il lokal xarakterli antiterror tədbirləri həyata keçirib və ərazi bütövlüyünü tam bərpa edib. Bu səbəbdən Azərbaycanda 20 Sentyabr – Dövlət Suverenliyi Günü kimi qeyd olunur.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki