Veteninfo.Az xarici mətbuata istinadən xəbər verir ki,Covid-19-a yoluxan prezident Rəcəb Tayyib Ərdoğan dünya liderlərinin xoş arzularını qəbul etməyə davam edir. İsrail prezidenti İsaak Hersoq prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək ən xoş arzularını çatdırıb. İsrail Prezident Aparatından verilən açıqlamada, Ərdoğanın Herzoqa istəklərinə görə təşəkkür etdiyi və liderlərin tezliklə görüşməsinin mümkünlüyünün müzakirə edildiyi bildirilib.
Turqay Musayev


























