image-61ebcffe160e5_104372_864x486backend

Ərdoğan yenə Sezen Aksudan danışdı

image-reklam_sirab_01

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müğənni Sezen Aksu ilə bağlı yeni açıqlama verib.

Veteninfo.az xəbər verir ki, “NTV”-“Star TV”nin ortaq yayımında çıxış edən Ərdoğan hədəfinin Sezen Aksu olmadığını bildirib.

“Çox açıq bir həqiqəti üzə çıxarmaqda fayda var. Oradakı hədəfim Aksu deyil. Sezen Aksu türk musiqisinin önəmli təmsilçisidir.

Mən xalqımızın müqəddəslərinə, dininə həssas yanaşıram, bunu hamı bilir. Həmin ifadələri bir şəxsə ünvanlamamışdım. “Dilini  qopararıq” ifadəsi ümumən müqəddəs dəyərlərə dil uzadanlara aid idi…”

Xatırladaq ki, ötən günlərdə Sezen Aksunun tənqidlərə səbəb olan mahnısı ilə bağlı Ərdoğanın “Hz. Adəm peyğəmbərimizə kimsə dil uzada bilməz. O uzanan dilləri yeri gəldiyində qoparmaq bizim vəzifəmizdir” sözlərini istifadə etmişdi.

Hər kəs Ərdoğanın bu açıqlamasının Sezen Aksu ilə bağlı olduğunu düşünmüş və geniş müzakirələrə səbəb olmuşdu. Bunun ardından sənətçi mahnının sözlərini sosial media hesabında paylaşaraq Ərdoğanın bu sözlərini cavabsız qoymamışdı


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image