image-fb_img_1693992891100backend

Ərəbləri “tupoy” hesab edənlərə…

image-reklam_sirab_01

Qatar Airways şirkətinin 2022/2023-cü maliyyə ilində gəlirləri $21 mlrd, xalis mənfəəti isə $1,21 mlrd təşkil edib. Bu, aviaşirkətin 26 illik tatixində (AzAL aviaşirkəti isə 31 il əvvəl yaranıb) ən yüksəl gəlir göstəricisi olub.

Aviaşirkət təyyarələri bir ilə 31,7 mln sərnişin daşıyıb. Ötən il Qətərdə keçirilən futbol üzrə dünya çempionatı oyunlarına aviaşirkətin təklif etdiyi endirim paket xidmətlərindən 1,4 mln sərnişin yararlanıb.

2023-ci ilin qiymətləndirilməsinə görə, aviaşirkətin balansındakı 260 ədəd təyyarənin bazar qiuməti $72 mlrd-dan çox olub.

Qatar Airways Cargo bir ilə 3 mln tondan çox yük daşıyıb (artım 25%). Dünyada hava yük daşımalarının 8%-i Qətərin aviaşirkətinin payına düşüb.

Bu şirkət niyə diqqətimi birdən cəlb etdi? Təsadüfən FligthRadar tətbiqində Abşeron üzərindən Amerikanın Sakit okean sahillərinə bir birinin ardınca uçan Qatar Airways şirkətinin iki təyyarəsini gördüm: Doha – Los Anceles və Doha – San Fransisko… 15 saatlıq uçuşlar və Bakı üzərindən marşrut…

İlham Şaban


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki