image-reklam-veteninfo
image-1backend

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır – GÖRÜNTÜ

image-reklam-veteninfo

Ermənistanın “Güclü Ermənistan” fraksiyasının üzvləri Azərbaycan ərazisində yerləşən Kərki kəndində qanunsuz ağacəkmə aksiyası keçirib.

Fraksiya rəhbəri Narek Karapetyan bildirib ki, burada “Müstəqillik bağı” salınacaq.

Onun sözlərinə görə ərazidə qlampinq kompleksinin yaradılması ilə bağlı turizm layihəsi də hazırlanır və yaxın vaxtlarda tikinti üçün icazə alınmasına müraciət ediləcək.

Qeyd edək ki, Kərki Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun ərazisində yerləşən eksklavdır və hazırda Ermənistanın faktiki nəzarətindədir. Ermənistanın baş naziri Nikol Paşinyan da bu ərazinin Ermənistanın 29 743 kvadratkilometrlik beynəlxalq tanınmış ərazisinə daxil olmadığını bildirib.

Beləliklə, statusu Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası çərçivəsində müzakirə olunan Kərkidə Ermənistan tərəfinin yeni turizm infrastrukturu yaratmaq planı sülh prosesini təhlükəyə atan addım hesab olunmalıdır.Modern.az




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki