“Bu gün səhər saatlarında Ermənistandan Qarabağa gələn yüksək gərginlikli elektrik xəttində qəza baş verib, bunun nəticəsində bu gündən etibarən Qarabağın bütün ərazisində elektrik enerjisi kəsiləcək.” Vətəninfo.az xəbər verir ki, bu məlumatı Qarabağın erməni tərəfini enerji ilə təmin edən “Energo” şirkəti yayıb.
Şirkətdən bildirilib ki, elektrik enerjisinin bərpası bir neçə gün çəkə bilər.