Azərbaycanın tanınmış un və buğda maqnatı, iş adamı Əsabil Qasımov Rusiya Federasiyasındakı biznes aktivlərini genişləndirməyə davam edir.
Vətəninfo.az xəbər verir ki, bu barədə Rusiyada fəaliyyət göstərən azərbaycanlı jurnalist Ramiz Mikayılov özünün YouTube kanalındakı çıxışında məlumat yayıb.
Jurnalistin bildirdiyinə görə, iş adamı bu dəfə Sankt-Peterburq şəhərində dəyəri 1 milyon dollar olan hotel əldə edib. Qeyd olunub ki, Əsabil Qasımov bundan əvvəl Moskvanın Kurski rayonunda təxminən 240 milyon dəyərində olan “Viva-Prado” hotelinə də sahiblənmişdi.
Milyonlarla dollar dəyərində olan yeni daşınmaz əmlakların alınması və biznes şəbəkəsinin genişləndirilməsi azərbaycanlı iş adamının Rusiya bazarındakı mövqelərini daha da gücləndirdiyini göstərir.


























